Arif Hacılı sərbəst buraxılıb (yenilənib)

Bu gün Müsavat Partiyasının 10-dan çox üzvü 12 noyabr aksiyasına görə saxlanılıb

Source: Turan

***


17.30


Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb:


"Məni saxlayan zaman hara apardıqlarını söyləmədilər, yalnız sonradan 18-ci Polis Bölməsinə gətirdiklərini bildim. Orada mənə söylədilər ki, piket qadağan olunubsa, keçirmək olmaz. Polislərə "Konstitusiya günü"ndə onlara verilən tapşırığın qanunsuz olduğunu xatırlatdım. Mən saxlanılmağımı qeyri-qanuni saydığımdan məhkəməyə müraciət edəcəm".


Partiya başqanı bu gün çoxlu sayda müsavatçının və bir neçə jurnalistin saxlanıldığını bildirib:


"Sərbəst toplaşmaq hüququ və Konstitusiyanın 49-cu maddəsi təmin edilməlidir".

***


Həyat yoldaşı: “Partiya qərargahına gedərkən polislər saxlayıb”

Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 12-də saat 8-ci mikrorayon ərazisində saxlanılıb.

Bu barədə Meydan TV-yə Arif Hacılının həyat yoldaşı Nəzakət Hacılı danışıb.

Nəzakət Hacılı bildirib ki, Arif Hacılı partiya qərargahına gedərkən 8-ci mikrorayon ərazisində 10-dan çox polis tərəfindən saxlanılıb:

“Mənə özü zəng edib dedi ki, onu saxlayıblar və polis bölməsinə aparırlar. Ancaq hansı bölməyə apardığını deyə bilmədi”.

Bu gün

Müsavat Partiyası

nın 10-dan çox üzvü 12 noyabr aksiyasına görə saxlanılıb.

Partiya noyabrın 10-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti Lökbatan qəsəbəsində tədbirin keçirilməsinə icazə verib. Buna etiraz əlaməti olaraq partiya noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək qərarına gəlib.

Ana səhifəSiyasətArif Hacılı sərbəst buraxılıb (yenilənib)