“Anti-təcrid etirazları Almaniyanın koronavirus mübarizəsinə təhlükədir”

Həftəsonu etiraz aksiyaları kimi böyük yığıncaqlar infeksiyanın qaynar nöqtələrinə çevrilə bilər.

Source: arxiv


Berlin, Münhen və Ştutqartda keçirilən etiraz aksiyaları polislə qarşıdurmalara səbəb olub

Alman siyasətçiləri bazar ertəsi günü böyük şəhərlərdə həftə sonu təcridə qarşı təşkil edilmiş etirazlarla bağlı xəbərdarlıq edib. “Reuters” xəbər verir ki, hökumət konspirologiya nəzəriyyəçiləri və digərləri təcriddən məyus insanların duyğu və düşüncələrini istismar etdiyini deyib.

Berlin, Münhen və Ştutqartda keçirilən etiraz aksiyaları həcminə görə kiçik olsa da, bir çoxu polislə qarşıdurmalara səbəb olub. Səbəb olaraq sıx toplaşan izdihamın virusun yayılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş sosial uzaqlaşma tələblərini pozması olub.

Peyvənd istehsalçılarından tutmuş milyarder proqramçı maqnat və xeyriyyəçi Bill Qeytsə qədər hər kəsi günahlandıran etirazçılar alman hökumətini də qınayıb.

“Almaniyada pandemiyanın bütün aspektləri haqqında məlumat verən azad media var” – bazar ertəsi günü hökumət nümayəndəsi Ştefen Zaybert (Steffen Seibert) deyib: “Mücərrəd iddialar və nifrət dolu ifadələr, qlobal miqyaslı pisliklər haqqında nəzəriyyələr tamamilə fərqli bir şeydir”.

Almaniya virusun yayılmasını azaltmaq üçün sosial uzaqlaşma tədbirlərdən məharətlə istifadə edib. “Pandemiyanın insanları idarə etmək üçün qəsdən tətbiq edildiyi və Bill Geytsin və ya digər qaranlıq qüvvələrin bunun arxasında olması fikri cəmiyyəti silkələyir”, – Thuringia bölgəsinin Daxili işlər naziri Corc Mayer (Georg Maier) “Der Spiegel” jurnalına deyib.

900-pers-maier17.jpg
Corc Mayer

Federal Daxili İşlər Nazirliyinin bir əməkdaşının işinə həftəsonu koronavirusla bağlı nazirliyin qeydlərini paylaşdıqdan sonra xitam verilib. 80 səhifəlik sənədi paylaşan nazirlik işçisi koronavirusun normal qripdən fərqli olmadığını yazıb. Nazirlik yazını məmurun şəxsi baxışı kimi xarakterizə edib.

Həftəsonu etiraz aksiyaları kimi böyük yığıncaqlar infeksiyanın qaynar nöqtələrinə çevrilə bilər. Bu səbəbdən Almaniya hakimiyyəti yeni yoluxma və ya daha geniş ikinci dalğa ehtimalı ilə əlaqədar genişləndirilmiş tibbi tədbirlərə əl atıb. Bu məqsədlə tibb müəssisələri hazır hala gətirilib.

Bazar ertəsi gün Berlində dörd həftə davam edən tikinti işlərindən sonra şəhərin ticarət sərgisi məkanında koronavirus xəstələri üçün xüsusi bir xəstəxana açılıb.

Ölkə daxilində inşa edilən 50 belə obyektdən biri olan bu xəstəxana yoluxmanın genişlənməsi halında xəstələrin qəbul edilməsi üçün nəzərdə tutulub. Ən ağır hallar üçün xəstəxana yataqları pulsuz təmin ediləcək.

Ana səhifəDünya“Anti-təcrid etirazları Almaniyanın koronavirus mübarizəsinə təhlükədir”