Avtomobil vuran qadının 82 yaşı olduğu bildirilir

Səhiyyə Nazirliyi: “Təcili Tibbi Yardımın işi kiminsə paltarını soyundurmaq deyil”

Source:

Aprelin 15-də günorta saatlarında Bakının Atatürk prospektində yol-qəza hadisəsi baş verib. Yolu keçən yaşlı qadını maşın vurduğu bildirilir.

Sosial şəbəkələrdə qadının fotosu yayılıb.

Muhammed İbadli adlı “Facebook” istifadəçisinin yazdığına görə, qadın küçə təmizləyicisi imiş:

“Şahidlər deyir ki, təcili qadının üzərindən formasını çıxardıblar ki, yol təmizləyən olduğu bilinməsin və adi vətəndaş kimi qələmə verilsin”.

Səhiyyə Nazirliyindən Meydan TV-yə verilən məlumata görə, qadın Ağsu sakinidir, 82 yaşı var. O, xəstəxanaya yaralı vəziyyətdə çatdırılıb. Qadının üzərindəki geyimin çıxarılmasına gəlincə, nazirlikdən bunu təkzib ediblər:

“Təcili Tibbi Yardımın işi kiminsə paltarını soyundurmaq deyil. Əgər bu hadisə baş veribsə belə, bundan bizim işçilərin xəbəri yoxdur, hadisə yerində bu halla rastlaşmayıblar”.

Nazirlikdən qadının ad-soyadı və hansı xəstəxanada olması barədə məlumat verilməyib:

“Ola bilər ki, qadının yaxınları bu barədə hələ məlumasızdır. Mətbuat vasitəsilə məlumat almalarını istəmirik”.

Meydan-nin TV Təcili Tibbi Yardım Mərkəzindəki mənbəsindən əldə etdiyi məlumata görə, şahidlər qadının bazarda turşu satdığını deyiblər.

Rəsmi qurumlar hadisə ilə bağlı hər hansı açıqlama yaymayıb.

Ana səhifəXəbərlərAvtomobil vuran qadının 82 yaşı olduğu bildirilir