Angela Merkel: Krımda və ya Dağlıq Qarabağda olduğu kimi, dövlətlərin suverenliyi və bütövlüyünün şübhə altına alınması dəyərlərimizə ziddir

“Hər yerdə görürük ki, insan hüquqları, təməl hüquqlar, ifadə azadlığı və mətbuat azadlığı təzyiq altındadır, pozulur”.

Source:


“Hər yerdə insan hüquqları, ifadə və mətbuat azadlığı təzyiq altındadır”

“Bu gün Avropanın xarici sərhədlərinə və Şərqi Avropaya nəzər yetirsək, sülhün və təhlükəsizliyin, sabitlik və rifahın olmadığını görərik. Belarusda, Ukraynanın şərqində və Krımda, Dnestryanı, Cənubi Osetiyada, Abxaziyada, Dağlıq Qarabağda və əlbəttə Suriyada, Liviyada vəziyyət bəzən narahatlıq doğurur. Hər yerdə görürük ki, insan hüquqları, təməl hüquqlar, ifadə azadlığı və mətbuat azadlığı təzyiq altındadır, pozulur”.

Bu fikirləri aprelin 20-də Almaniyanın kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı

bildirib

.

“Avropa Şurası qanunun aliliyini təbliğ etməklə yanaşı, korrupsiyaya qarşı mübarizə aparmaqla da beynəlxalq etibarlılığa əhəmiyyətli bir töhfə verir. Qaydalara dayanıqlı nizam dinc yanaşı yaşamaq üçün vacib şərtdir. Krımda və ya Dağlıq Qarabağda olduğu kimi, dövlətlərin suverenliyi və bütövlüyünün şübhə altına alınması təməl dəyərlərimizə ziddir. Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər, ancaq yalnız Avropa Şurasının bütün qurumları sıx şəkildə işləyəcəyi təqdirdə”, – Merkel vurğulayıb.

Ana səhifəDünyaAngela Merkel: Krımda və ya Dağlıq Qarabağda olduğu kimi, dövlətlərin suverenliyi və bütövlüyünün şübhə altına alınması dəyərlərimizə ziddir