Anar Kərimov: Ümidlə teatrların açılmasını gözləyirik

“Müsbət tendensiya hiss edirik”

Foto: Azertac


“Müsbət tendensiya hiss edirik”

“Ümid edirik ki, teatrların açılması ilə bağlı xoş xəbərlərimiz olacaq. Müsbət tendensiya hiss edirik, hazırlaşırıq və ümidlə teatrların açılmasını gözləyirik. Amma bu, birbaşa bizim deyil, Operativ Qərargahın qərarlarına bağlı məsələdir”.

Bunu mədəniyyət naziri Anar Kərimov Milli Xalça Muzeyində keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, yaxın günlərdə müsbət xəbərlər olacaq.

Anar Kərimov 2021-ci il martın 10-u Milli Teatr Günündə Azərbaycanda teatrların bu ilin sonuna kimi açılmaq ehtimalının olduğunu bildirmişdi.

Pandemiya ilə əlaqədar bir ildən çoxdur Azərbaycanda teatrların fəaliyyəti dayanıb.

Ölkə teatrları virtual tamaşalar nümayiş etdirir.

Əlavə edək ki, bu gün Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadimlərinə “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenləri və digər mükafatlar təqdim olunub.

Ana səhifəMədəniyyətAnar Kərimov: Ümidlə teatrların açılmasını gözləyirik