Anar Kərimov mədəniyyət naziri təyin olundu

Daha sonra prezident onu mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs kimi təyin edib.

Foto: Azertac


Nazirin iki birinci müavini olacaq

Anar Kərimov Azərbaycanın mədəniyyət naziri təyin olunub.

Bu barədə dövlət başçısı İlham Əliyev yanvarın 5-də

sərəncam

imzalayıb.

Anar Kərimov iyulun 20-də nazirin müavini vəzifəsinə təyin

edilib.

Prezident həmin gün nazirliyin strukturunda dəyişiklik edərək, birinci müavinlərin sayını ikiyə çatdırıb.

Digər sərəncamları ilə İlham Əliyev Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimovu vəzifəsindən geri çağıraraq, mədəniyyat nazirinin birinci müavini vəzifəsinə təyin edib.

Daha sonra prezident onu mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs kimi təyin edib.

Anar Kərimov 2014-cü ildən Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində işləyirdi.


Əbülfəz Qarayev

mayın 21-də mədəniyyət naziri vəzifəsindən azad edilib.

Səbəb kimi Dövlət Təhlükəsizliyi Xidmətinin

mayın 8-də

Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat göstərilib.

Əməliyyat nəticəsində nazirin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar.

Ana səhifəMədəniyyətAnar Kərimov mədəniyyət naziri təyin olundu