Almaniyanın əyalət naziri ölü tapılıb

Açıqlamasında Bufier deyib ki, dövlət rəhbərliyi xəbəri “kədər və inamsızlıqla” qəbul edib.

Source: Foto: google.ru


Onun intihar etdiyi bildirilir

Almaniyanın Hesse əyalətinin Maliyyə naziri Tomas Şeferin (Thomas Schäfer) cəsədi Visbaden (Wiesbaden) yaxınlığında qatar yolunda tapılıb. Onun intihar edərək öldüyü bildirilir,- “Deutsche Welle” xəbər verir.

Polis hadisəni təsdiqləyib. Hadisə ilə bağlı araşdırma başladılıb. Polis hadisənin nüanslarını açıqlamayıb.

“Frankfurter Allgemeine Zeitung” xəbər verir ki, Şefer ölümündən öncə məktub buraxıb və məktubda ölümünün səbəbləri açıqlanıb.

Mediada qeyd edilir ki, 54 yaşlı siyasətçi son günlərdə müntəzəm olaraq ictimaiyyətə açıqlama verərək koronavirus böhranı zamanı maliyyə yardımları haqda ictimaiyyət məlumatlandırıb.

Almaniyanın maliyyə mərkəzi Frankfurt da Hesse əyalətinə daxildir.

Şefer kansler Angela Merkelin mərkəz sağçı Xristian Demokratlar Partiyasının (CDU) üzvü idi. Hesse siyasətində iyirmi ildən çox aktiv olan Şeffer təxminən 10 ilə yaxın Maliyyə naziri olub.

Şeferin dövlət başçısı Folker Bufieri (Volker Bouffier) əvəz edəcəyi gözlənirdi.

Açıqlamasında Bufier deyib ki, dövlət rəhbərliyi xəbəri “kədər və inamsızlıqla” qəbul edib.

Bufier həmçinin qeyd edib ki, Şefer COVID-19 pandemiyası səbəbiylə bir müddət idi ki, narahat və stres altında yaşayırdı.

“O, əhalinin maddi gözləntilərini xüsusilə də maddi yardımları yerinə yetirə bilməyəcəyindən narahat idi”,- Bufier bazar günü deyib. “O, çıxış yolu görə bilmirdi. Çarəsiz qaldı və buna görə bizi tərk etdi. Bu, bizi şoka salıb, məni şoka salıb”

Getməkdə olan CDU rəhbəri Annegret Kramp-Karrenbauer Şeferin qəfil ölümünün partiyada təəccüb doğurduğunu deyib. “Bu, bizə zərbə vurub və məəttəl qoyub”, – deyə o, “Twitter” hesabında yazıb.

Ana səhifəDünyaAlmaniyanın əyalət naziri ölü tapılıb