Tessa Ganserer və  Nyke Slavik

Mənbə: https://www.dw.com/en

Başlıq: Tessa Ganserer və Nyke Slavik

Almaniyada transseksual qadınlar parlament üzvü seçilib

Yaşıllar Partiyası koalisiya hökumətində mühüm rol oynayacaq

Sentyabrın 26-da Almaniyada keçirilən federal seçkilərdə iki trans qadın Almaniya parlamentində yer qazanıb.

“Deutsche Welle” yazır ki, Bavariyanın cənub-şərqindəki Nürnberqdən olan 44 yaşlı Tessa Ganserer və Şimali Reyn-Vestfaliyadan olan 27 yaşlı Nyke Slavik Yaşıllar Partiyasının üzvləridir.

Həmin partiya seçkilərdə üçüncü yeri tutub və indiyə qədər olan ən yaxşı nəticəni göstərib - 14,8 faiz səs toplayıb. Bununla da, partiya növbəti koalisiya hökumətinin qurulmasında mühüm rol oynayacaq.

Namizədlər qələbələrini necə qarşıladılar?

Ganserer “Reuters” açıqlamasında bunun təkcə Yaşıllar Partiyası üçün deyil, həm də trans-azadlıq hərəkatı və bütün “queer icması” üçün tarixi bir qələbə olduğunu söyləyib.

O, bu nəticələrin Almaniyanın açıq və tolerant bir cəmiyyət olduğuna işarə verdiyini düşünür.

Ganserer ilk dəfə 2013-cü ildə Bavariya regional parlamentinə seçilib və 2018-ci ildə Almaniya parlamentində xidmət edən ilk transseksual olub.

Slavik isə özünün “Instagram” səhifəsində qələbəsinə belə reaksiya verib: “Dəlilik! Hələ də inanmıram”.

O, hökuməti federal ayrı-seçkilik əleyhinə qanunu təkmilləşdirmək üçün homofobiya və transfobiyaya qarşı bir hərəkət planı hazırlamağa çağırıb.

Almaniyada bu böyük bir şeydirmi?

1969-cu ildə Almaniyada homoseksuallıq cinayətdən çıxarılıb, 2017-ci ildə isə homoseksualların nigahı qanuniləşdirilib. Ancaq 40 illik “Transseksuallar qanunu” olaraq tanınan sənədə görə, yalnız psixoloq dəyərləndirməsi, özəl sorğu-sualdan və məhkəmə qərarından sonra şəxsiyyət vəsiqəsində insanların adı və cinsiyyətinin dəyişdirilməsi mümkündür.

Nəticədə Almaniyadakı bir çox transseksual şəxs kimi Ganserer də qanuna görə, şəxsiyyət sənədlərində adını və cinsini dəyişdirməkdən imtina edib. Əvvəlki kişi adı ilə seçki bülleteninə çıxıb.

Federal Trans Assosiasiyasından Gabrieli Nox König seçkiləri bu baxımdan “tarixi bir an" hesab edib.

Ganserer isə öz açıqlamasında transseksualların şəxsiyyətlərin şəxsiyyət sənədlərində adlarının dəyişdirilməsini asanlaşdırmaq istədiyini söyləyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hbrtg9

Ən çox baxılan