Almaniyada avtomobil karnaval paradına girib, 30 nəfər xəsarət alıb

Hessen Daxili İşlər Nazirliyi mövcud ipuçlarını nəzərə alaraq hadisənin hücum ehtimalı kimi qiymətləndirir.

Source: Specify Source


Hadisənin hücum olması faktı araşdırılır

Hessen əyalətinin Volkmarsen şəhərində bir avtomobilin karnaval paradına girdiyi və aralarında uşaqların da olduğu 30 nəfərin xəsarət aldığı bildirilir. Hadisədə hücum olma ehtimalının yüksək olduğu ifadə edilir.

Karnaval paradına girən nəqliyyat vasitəsinin sürücüsünün tutulduğu açıqlanıb.

Frankfurt Baş Polisi Gerhard Bereswill hadisədə 30 nəfərin yaralandığını, yaralılardan yeddisinin vəziyyətinin ağır olduğunu söyləyib. Frankfurt Baş Prokurorluğu və Hessen Polisinin verdiyi açıqlamada nəqliyyat vasitəsinin sürücüsünün hadisə yerində yaralandığı, müalicə altına alındığı və sağlamlıq vəziyyəti düzələn kimi məhkəmə qarşısına çıxarılacağı bildirilib.

Hessen Daxili İşlər Nazirliyi mövcud ipuçlarını nəzərə alaraq hadisənin hücum ehtimalı kimi qiymətləndirir.

Hessen İctimai Radio və Televiziya Qurumunun verdiyi məlumata görə, nümayişlər zamanı “Mercedes” markalı boz maşın izdihama hücum edib. Qurum sürücünün 29 yaşlı alman olduğunu bildirib. Şahidlər sürücünün əyləc əvəzinə qazla irəlilədiyini iddia edirlər. Volkmarsendə təxminən 7 min insan yaşayır.

Hadisənin sürücünün sağlamlıq səbəbi ilə bağlı qəza olub-olmaması, nəqliyyat vasitəsindəki texniki nasazlıq və ya bir hücum səbəbiylə olub -olmaması ilə bağlı izahat verilməsə də, araşdırmalar hələ də davam edir.

Ana səhifəDünyaAlmaniyada avtomobil karnaval paradına girib, 30 nəfər xəsarət alıb