Almaniya Aİ ölkələrindən koronavirus xəstələrini qəbul edəcək

Bazar ertəsi səhər saatlarından etibarən Avropanın ən böyük iqtisadiyyatı 145 mindən çox təsdiqlənmiş yoluxma hadisəsi qeydə alıb və ölüm sayı 4624-dür.

Source: arxiv


Digər ölkələrdən 200-dən çox xəstə Almaniyadakı reanimasiyalara yerləşdirilib

“Almaniya Avropa İttifaqı (Aİ) ölkələrindən koronavirusa yoluxmuş xəstələrin müalicəsini öz üzərinə götürəcək və bunun üçün yeni qanun layihəsini xeyirxahlıq jesti olaraq qəbul edəcək”, – Səhiyyə naziri Yens Şpan (Jens Spahn) bazar ertəsi günü deyib.

Almaniya koronavirus böhranının ən sərt vurduğu Fransa və İtaliyadan xəstələri qəbul edəcək və bununla bu ölkələrin səhiyyə sistemini təzyiqlərdən xilas etmiş olacaq.

Avropa İttifaqının digər ölkələrindən 200-dən çox COVID-19-dan əziyyət çəkən xəstə təxminən 20 milyon avro dəyərində olan alman reanimasiya şöbələrindədir.

“Almaniya bu xəstələrin müalicə xərclərini ödəyəcək. Avropa həmrəyliyi altında başa düşdüyümüz budur”,- Şpan bazar ertəsi virus böhranını həlli ilə bağlı nazirlərin görüşündən əvvəl deyib.

Almaniyada koronavirusdan ölənlərin və yoluxanların sayı bəzi qonşu ölkələrdəkindən çox daha aşağı olub.

Bazar ertəsi səhər saatlarından etibarən Avropanın ən böyük iqtisadiyyatı 145 mindən çox təsdiqlənmiş yoluxma hadisəsi qeydə alıb və ölüm sayı 4624-dür. İspaniya və İtaliya isə hər birində 20 mindən çox ölüm hadisəsi olduğunu bildirib. Fransada bu rəqəm 20 min olduğu halda İngiltərədə ölüm sayı 16 mindən çoxdur.

Almaniyada böhran başlamazdan əvvəl 28,000 reanimasiya çarpayısı olub və ölkə bu rəqəmi o vaxtdan etibarən 30,000-ə yüksəldə bilib.

İntensiv və Təcili Tibbi Birliyin (DIVI) verdiyi məlumata görə, 12,600 çarpayı bazar günü boş olub.

Bazar ertəsindən etibarən Almaniya təcridi yüngülləşdirməyə başlayıb. Bəzi mağazalar və məktəblər bugündən etibarən açılıb.

Səhiyyə naziri cümə günü bildirib ki, pandemiya “nəzarət altındadır”.

Ana səhifəDünyaAlmaniya Aİ ölkələrindən koronavirus xəstələrini qəbul edəcək