Alman rəsmiləri koronavirusun bitmədiyini deyir

Xəstəliyə qarşı mübarizədə əsas rol oynayan Robert Koch İnstitutu (RKI), virusun payız və qış aylarında canlanacağına dair dəlillərə toxunub və diqqətli olmağın vacib olduğunu deyib.

Source: Specify Source


“Biz indi pandemiyadan sonrakı dövrü yaşamırıq – əksinə daha bir müddət yanımızda olacaq pandemiyanın ortasında yaşayırıq”

Alman rəsmilər cümə axşamı deyib ki, ölkə yavaş-yavaş normal vəziyyətə qayıtmağa çalışsa da, koronavirus böhranı hələ bitməyib, – “Reuters” xəbər verir.

Almaniyada 166 mindən çox yoluxma halı və 7000-dən çox insanın öldüyü bildirilir. Bununla yanaşı Avropa Birliyinin ən sıx əhalisi olan Almaniya erkən test və sosial təcrid tədbirləri sayəsində digər Avropa ölkələrindən daha az zərər görüb.

“Biz indi pandemiyadan sonrakı dövrü yaşamırıq – əksinə daha bir müddət yanımızda olacaq pandemiyanın ortasında yaşayırıq – ən azı bu il üçün bu belədir”, – kansler Angela Merkel heyətinin rəhbəri Helge Braun cümə axşamı “Deutschlandfunk” radiosuna deyib.

Xəstəliyə qarşı mübarizədə əsas rol oynayan Robert Koch İnstitutu (RKI), virusun payız və qış aylarında canlanacağına dair dəlillərə toxunub və diqqətli olmağın vacib olduğunu deyib.

RKI vitse-prezidenti Lars Şaade (Schaade) deyib: “Əlbəttə ki, yoluxmaların sayının yenidən artması və ikinci bir dalğanın gəlməsi mümkündür – bu, insanlar rahatladıqda baş verə bilər və daha çox ötürülmə ola bilər”.

“Ötən həftənin cümə günündən bəri yeni infeksiyanın ən rekord həddinin qeydə alınmasına baxmayaraq, yeni halların azalma tendensiyası təsirsiz qalıb”, – Şaade deyib.

Merkel təcridi yüngülləşdirmək üçün addımlar atıldığını deyib və qeyd edib ki, yoluxma hallarının yenidən baş qaldıracağı təqdirdə yenilənmiş məhdudiyyətlər tətbiq etmək üçün “təcili əyləc” mexanizmi işə salınacaq.

Şaade deyib ki, cəmiyyəti yenidən açılmasına icazə vermək doğru addımdır, lakin xəstəliyin daha bir neçə ay davam edəcəyini nəzərə almaq lazımdır: “Bütün tədbirlər müəyyən risk daşıyır”.

Keçən ilin sonlarında Çinin Vuhan şəhərində ilk dəfə təsbit edilən koronavirusun ölkəyə yayılmasını dayandırmaq üçün Almaniya mart ayında təcrid tətbiq edib. Hökumət bu il iqtisadiyyatın 6.3 faiz azalmasını gözləyir.

Ana səhifəDünyaAlman rəsmiləri koronavirusun bitmədiyini deyir