Alman neo-nasistləri rus kamplarında təlimat alırlar

“Focus” yazır ki, leqal səbəblərdən Almaniya bu səyahətləri qadağan edə bilmir.

Source: Specify Source


İştirakçılar arasında İsveç və Finlandiyadan olan şəxslərin olduğu bildirilir

Almaniyadakı sağ ekstremistlər Rusiyada döyüş hazırlığı görür,- alman xəbər jurnalı “Focus” bildirir.

DW xəbər verir ki, rəsmilər onların Rusiyaya getməsinə mane ola bilmirlər.

Almaniyanın ifrat sağ Milli Demokrat Partiyasının (NPD) və kiçik sağ Üçüncü Yol Partiyasının gənclər qanadının üzvləri təlimi başa çatdırıblar, xəbərdə Almaniyanın kəşfiyyat mənbələrinə istinadən qeyd edilib.

Təlim iştirakçılarının silah və partlayıcı maddələrdən istifadə qaydaları üzrə təlimatlandırıldıqları bildirilir. “Focus” həmçinin bildirir ki, onlar döyüş hazırlığı keçiblər.

İştirakçılar arasında İsveç və Finlandiyadan olan şəxslərin olduğu bildirilir. Qeyd edilir ki, iştirakçılar Ukraynanın şərqində fəaliyyət göstərən Rusiya milislərinə qoşulmağa davam edirlər.

“Partizan” kamplarını Rusiyanın sağçı ekstremist Rusiya İmperiya Hərəkatının (RİM) davamçıları idarə edir. Alman kəşfiyyatı RIM-in Sankt-Peterburqa yaxın iki düşərgəsinin olduğuna inanır. Təşkilat Rusiya imperiyasının bərpasına çalışır.

ABŞ bu yaxınlarda RİM-i qlobal terrorçu qruplar siyahısına əlavə edib.

Rusiya Vaşinqtonun bu addımına cavab verərək qrupun terror təşkilatları siyahısına əlavə edilməsinin terrorizmlə mübarizəyə kömək etmədiyini və ABŞ-ın bu addımlar bağlı açıqlama vermədiyini bildirmişdi.

Moskva eyni zamanda ultra sağ xristian pravoslav rusların hərəkatını ekstremist hesab edir. Ancaq Rusiyada bu qruplara qadağa qoyulayıb.

Alman kəşfiyyatı Almaniyadan ekstremistlərin kamplara getdiyindən xəbərdar olduğunu bildirib. “Focus” yazır ki, leqal səbəblərdən Almaniya bu səyahətləri qadağan edə bilmir.

Ana səhifəDünyaAlman neo-nasistləri rus kamplarında təlimat alırlar