Ali Məhkəmə Afiəddin Məmmədov və İlhamiz Quliyevin şikayətlərini təmin etməyib

Foto: Meydan TV

Fevralın 4-də Ali Məhkəmədə həbsdə olan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və ictimai fəal İlhamiz Quliyevin kassasiya şikayətinə baxılıb.

Məhkəmədə Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova hakim Nazim Mövsümova bildirib ki, bundan öncəki məhkəmə instansiyalarındə 20-yə yaxın vəsatət verilib, lakin heç birinə baxılmayıb.

Daha sonra Afiəddin çıxışında qeyd edib ki, prosesə ədalətli baxılmır.  

İlhamiz Quliyevin kassasiya şikayətinə isə hakim Teyyub Muxtarov sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılıb. 

Hər iki şikayəti təmin olunmayıb. 

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

İlhamiz Quliyev isə 2023-cü il dekabrın 4-dən narkotik ittihamı ilə həbsdədir. Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 3 il həbs cəzası kəsilib.O, narkotik ittihamını rədd edir, polislərin ictimai-siyasi fəalları necə şərləməsi haqda “AbzasMedia”ya verdiyi müsahibəyə görə həbs olunduğunu bildirir.

Ana səhifəSiyasətAli Məhkəmə Afiəddin Məmmədov və İlhamiz Quliyevin şikayətlərini təmin etməyib