Qış Parkında “Yeddinci Məkan” adlı küçə tamaşasının nümayişi

Mənbə: Şəhla Kərim

Başlıq: Qış Parkında “Yeddinci Məkan” adlı küçə tamaşasının nümayişi

Aktyor küçə tamaşası göstərdi, polis bölməsinə aparıldı

Sərbəst buraxılan Elmin Bədəlov yenidən bölməyə çağırılıb

Aktyor Elmin Bədəlov bu gün saat 20:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq, 27-ci Polis Bölməsinə aparılıb.

Hadisə aktyorun Qış Parkında “Yeddinci Məkan” adlı küçə tamaşasının nümayişindən sonra baş verib.

Polislər aktyorla bərabər performansı izləməyə gələn fəal Kamran Məmmədlini də saxlayıb.

“Vəkilim Zibeydə Zəkəriyeva bölməyə gəldi. Orada mənə dedilər ki, izahat yazmaq lazımdır. Daha sonra sərbəst buraxıldıq. Sabah səhər saat 11-də təkrar gəlməyimizi istədilər. Belə başa düşdüm ki, profilaktik söhbət aparmaq istəyirlər”, - Elmin Bədəlov Meydan TV-yə deyib.

Elmin Bədəlov ADO Tetarının yaradıcısıdır. O, üç ilə yaxındır ki, küçə performansları göstərmək üçün Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edib. Müsbət cavab almayan ADO rəhbəri məsələ ilə bağlı 2019-cu ildə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Birinci instansiya qərarı teatrın xeyrinə versə də, sonradan Bakı Şəhər İcra Hakimiyyətinin Apelyasiya Məhkəməsinə müraciətdən sonra ləğv edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jxppik

Ən çox baxılan