Aksiya təşkilatçıları saxlanıldı (yenilənir)

Samira Ağayeva Ruslan İzzətlinin hərəkatın ofisinə çatanda mülki geyimli şəxslər tərəfindən saxlanıldığını bildirib

Source: Foto: Meydan TV

***


17.55.


Müsavat Partiyasının başqanı Arif Hacılı "Bayraq Meydanı"nda sərbəst buraxılıb.


Bu barədə Arif Hacılı "Facebook" səhifəsində yazıb.


Bildirib ki, 4 saat ərzində Başı şəhərindən Hacıqabul rayonunadək maşınla gəzdirildikdən sonra nəhayət, onu avtobusdan "Bayraq Meydanı" yaxınlığında düşürüblər.

***


17.30.


ReAL Partiyasının sədri İlqar Məmmədovu Şamaxıda Bakı Radioaktiv Tullantılarının Saxlanması və Emal Edilməsi Mərkəzinin (İzotop) yanında sərbəst buraxıblar.


Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər.

***


16.51.


Saxlanılanların siyahısı


Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli saxlanılanların siyahısını yayıb. Onun siyahısında saxlanılanların sayı 54 nəfərdir. ReAL Partiyasının funksioneri Natiq Cəfərli isə 40-dək partiya üzvünün saxlanıldığını deyir.


Saxlanılanların siyahısı:


  1. Arif Hacılı (Deputatlığa namizəd, Müsavat başqanı)

  2. Ulvi Həsənli (Deputatlığa namizəd, Hərəkət bloku)

  3. Mehman Huseynov (Deputatlığa namizəd, Hərəkət bloku)

  4. Ruslan İzzətli (Deputatlığa namizəd, Hərəkət bloku)

  5. İlqar Məmmədov (Real Partiyasının sədri)

  6. Əlikram Xurşidov (Deputatlığa namizəd, Müsavat)

  7. Bakıhan Qəribli (Deputatlığa namizəd, Müsavat)

  8. Bayraməli Abdullayev (Səlahiyyətli nümayəndə, Müsavat)

  9. Nemət Kərimli (Deputatlığa namizəd, Müsavat)

  10. Vətən Hüseynli (Müşahidəçi, Müsavat)

  11. Səxavət Soltanlı (Deputatlığa namizəd, Müsavat)

  12. Fərəc Kərimli, (Deputatlığa namizəd, Müsavat)

  13. Tural Hacıbəyli, (Müşahidəçi, Müsavat)

  14. Arzulla Buludlu, (Səlahiyyətli nümayəndə, Müsavat)

  15. Azad Həsənov, (Müşahidəçi, Müsavat)

  16. Fərid Hüseynli,(Müşahidəçi, Müsavat)

  17. Dadaş Əhmədli, (Deputatlığa namizəd, Müsavat)

  18. Ayxan Hacıbəyli (Səlahiyyətli nümayəndə, Müsavat)


19 Elman Quliyev (Deputatlığa namizəd, Müsavat)


20. İlkin Rüstəmzadə (Deputatlığa namizəd, Hərəkət bloku)


21. Könül Alıyeva (Deputatlığa namizəd, Müsavat)


22. Rəsul Yadigarlı


23.Müşviq Cəbrayılzadə


24. Teymur Məmmədov


25. Nizaməli Süleymanov


26. Rövşən Etibarlı


27. Rafiq Yusifov


28. Sərvan Kərimov


29. Ruhid Abdullayev


30. Faiq Süleymanov


31. Əlipənah Rzalı (Deputatlığa namizəd, Müsavat)


32. Aysel Buludlu


33. Ilqar Mahmud (Müşahidəçi Müsavat)


34. Elçin Baxışov


35. Tahir Mirzə


36. Yadigar Sadıqlı (Deputatlığa namizəd, Müsavat)


37. Maqsud Əliyev


38. Orxan İbrahimov


39. Kərim Abbasov


40. Davud Qurbanov (Deputatlığa namizəd, Müsavat)


41. Kərimxan Zeynalov (Deputatlığa namizəd, Müsavat)


42. Şahin İbrahimov (Səlahiyyətli nümayəndə, Müsavat)


43. Xalid Bağırov (Deputatlığa namizəd)


44.Rəbiyyə Məmmədova (Deputatlığa namizəd, Hərəkət bloku).


45. Elməddin Abbasov


46, Qəzənfər Baxışov, (Deputatlığa namizəd, Müsavat)


47. Rafiq İsmayıl (Deputatlığa namizəd, Müsavat)


48. Ramin Tajıyev (Müşahidəçi, Müsavat)


49. Rövşən İsmayılov


50. Bəxtiyar Məmmədli


51. Rüstəm Hidayətzadə


52. Nəriman Abdulla.


53. Rüstəm İsmayılbəyli.


54. Rəhim Əhmədov


55. Bayram Bayramov


56. Müzəffər İsmayılov


57. Bəxtiyar Hacıyev


58. Ayxan Mehdizadə


59. Bəxtiyar Məmmədli


60. Elnur Süleymanov


61. Sakit Məmmədli

***


16.44.


Saxlanılan deputatlığa namizədlərdən Mehman Hüseynovu, Ülvi Həsənlini Kürdəmirdə, Rəbiyyə Məmmədovanı Qobustanda, Yadigar Sadıqlını Ələtdə, Ruslan İzzətlini isə Yevlaxda düşürüblər.

***


15.37.


Aksiyada saxlanılanların Lökbatan qəsəbəsi istiqamətinə aparıldığı bildirilir.


***


15.32.


Fəallar İlkin Rüstəmzadə və Rüstəm İsmayılbəyli də saxlanılıb.

***


15.27.


Namizədlər Xalid Bağırovu, Fikrət Cəfərlini, Yadigar Sadıqlını, Könül Alıyevanı, Elman Əliyevi həbs ediblər. Fikrət Cəfərli onları Sumqayıt şəhəri istiqamətinə apardığı haqqında məlumat yayıb.

86638858_3225945430753627_5206819914144284672_o.jpg
Yadigar Sadıqlı


***


15.14.


"Azadlıq" Metrostansiyasının qarşısında gənc fəallar Ayxan Mehdizadə və Əli Seyidzadə saxlanılıb.

***


15.06.


Gənc fəallar MSK-nın qarşısında “Azad seçki!” şüarları səsləndirirlər.

***


15.05.

MSK-nın qarşısında "Hərəkət" Seçki Blokundan deputatlığa namizəd Rəbiyyə Məmmədova ilə gənc fəallar saxlanılaraq BNA-ya məxsus avtobuslara yerləşdiriliblər.

123456.jfif
Rəbiyyə Məmmədova və digər saxlanılanlar

***


14.55.


Bir neçə dəqiqə əvvəl Mərkəzi Seçki Komissiyasının qarşısında Cavid Nəsirov daxil olmaqla 12 nəfər ReAL Partiyasının üzvü saxlanılıb. Onların hansı Polis İdarəsinə aparıldığı açıqlanmayıb.

***


14.47.


AXCP fəalı Turan İbrahim keçmiş müstəntiq Rüfət Səfərovun evindən çıxarkən saxlanıldığını bildirib. O, Rüfət Səfərovun hara aparıldığığını qeyd etməyib.


2016-cı il sentyabrın 8-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən və 3 il sonra əfv fərmanı ilə azad olunan keçmiş müstəntiq Rüfət Səfərov da saxlanılıb

image_from_ios (10).jpg
Cavid Nəsirov və ReAL Partiyası üzvləri

***


14.26.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Yeniavaz.com-a bildirib ki, heç kəs saxlanılmayıb:


“Saxlanılan yoxdur. Polis idarə və bölmələrinə heç kəs gətirilməyib. Ola bilsin ki, profilaktik tədbir kimi, kimlərsə ərazidən uzaqlaşdırılıblar. İctimai asayışı polis qoruyur, polis tərəfindən ərazidən uzaqlaşdılırıb. Amma bu o anlama gəlmir ki, bunlar saxlanılıb. Belə bir hal varsa, deməli onları ərazidən uzaqlaşdırıblar”.


DİN rəsmisi bildirib ki, 2-3 nəfəri ərazidən uzaqlaşdırıblar. İlqar Məmmədovun hal-hazırda haradadır sualına isə DİN sözcüsü belə cavab verib:


“Özü bilər haradadır. Onlar polis idarəsinə gətirilməyiblər”.

image_from_ios.jpg
Xalid Bağırov və onunla birgə saxlanılanlar

***


14.25.


Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.


Bu barədə Arif Hacılının həyat yoldaşı Nəzakət Hacılı Meytdan TV-yə deyib. N.Hacılı bildirib ki, səhərdən evin qarşısında polis dayanmışdı, Arif Hacılı çıxan kimi polislər saxladılar.

***



14.22.



9 saylı Seçki Dairəsindən namizəd Günel Səfərova evinin polis mühasirəsində olduğunu deyir. Onun sözlərinə görə, mənzilindən çölə çıxmaq istərkən, qapısı qarşısında dayanan polislər onun qolunu buraraq evə qaytarıblar.


Günel Səfərova Meydan TV-yə bildirib ki, hazırda yaşadığı binanın qarşısında polislər dayanıb, o, evdən çıxa bilmir. Bu dairədən lider namizəd Kamaləddin Qafarov elan edilib.


***


İlqar Məmmədov maşınla aparılıb, Arif Hacılının evi isə polis nəzarətindədir

“D18” Hərəkatının sədri Ruslan İzzətli fevralın 16-da saat 12.20-da saxlanılıb. Bu barədə Meydan TV-yə “D18” Hərəkatının İdarə Heyətinin üzvü Samira Ağayeva məlumat verib. Samira Ağayeva deyib ki, Ruslan İzzətlinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsində olduğu deyilsə də, bölmədən bunu təkzib ediblər.

Samira Ağayeva Ruslan İzzətlinin hərəkatın ofisinə çatanda mülki geyimli şəxslər tərəfindən saxlanıldığını bildirib.

Eyni zamanda, "Hərəkət" Seçki Blokundan namizədlər Ülvi Həsənli və Mehman Hüseynovun da saxlanıldığı qeyd olunub.

Müsavat Partiyasının üzvləri Əlikram Xuşudov, Bakıxan Qəribli və Bayraməli Abdullayevin də Nərimanov Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Məlumatı Müsavat Partiyası yayıb.

“Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəylinin yaydığı məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılının evi polis əməkdaşları tərəfindən “mühasirə”yə alınıb.

ReAL Partiyasının sədri İlqar Məmmədovun da saxlanıldığı bildirilir. Məlumatı ictimai fəal Mehriban Rəhimli yayıb. Onun sözlərinə görə, İlqar Məmmədov “90AP973” nömrə nişanlı avtomobillə aparılıb.

Saxlanılanlardan Ruslan İzzətli və Müsavat Partiyasının üzvləri deputatlığa namizəddirlər.

Fevralın 11-də Müsavat, ReAL partiyaları, “D18” Hərəkatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Partiyalar 9 fevral növbədənkənar parlament seçkilərində baş verən qanun pozuntuları və seçki saxtakarlıqlarına qarşı etiraz olaraq fevralın 16-da saat 15:00-dan 17:00-dək metronun “28 May” stansiyasının qarşısında aksiya keçirmək niyyətində olduqlarını bildirmişdilər. Ancaq BŞİH müraciət edən partiyalara və namizədlərə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsindəki "Neftçi" idman klubunun təlim bazasını göstərmişdi.

Partiyalar 2 günlük müzakirələrdən sonra aksiyanı MSK-nın qarşısında keçirmək haqda qərar qəbul ediblər.

Bu barədə ReAL Partiyasının sədri İlqar Məmmədov fevralın 14-də açıqlama yayıb. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşmaq hüquqlarını son bir neçə gündə kobudcasına pozub:

“Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi fevralın 16-sı saat 3-dən 4-dək MSK-nın qarşısındakı ərazidə keçirəcəyik”.

Ana səhifəSiyasətAksiya təşkilatçıları saxlanıldı (yenilənir)