Ahmed Kaya

Mənbə: Foto: arxiv

Başlıq: Ahmed Kaya

Ahmet Kayanın mahnısını oğurlamaqda ittiham edilən Adelin klipi son on ilin birincisi oldu

Məqalə yeniləndi:  14 Noyabr 2019

Son on ilin ən yaxşı klipinin adı açıqlanıb

Çoxsaylı beynəlxalq musiqi mükafatlarına layiq görülən britaniyalı müğənni Adel yenə birinci olub.

İfaçının “Rolling in the Deep” mahnısı “BuzzFeed” portalının tərtib etdiyi 50 ən yaxşı musiqili klip sırasında birinci olub.

Reytinq baxış sayının statistikasına əsasən tərtib edilib.

Siyahıda həmçinin Pink, Mayli Sayrus, Castin Biber, Beyonse, Dreyk, Deddi Yanki və başqa əcnəbi ifaçıların klipləri də yer alıb.

Adel “Grammy” musiqi mükafatının 18 nominasiya üzrə 15-nə layiq görülüb. Həmçinin nüfuzlu “Billboard music awards”ın təqdimat mərasimində 18 mükafatdan 12-sini alıb.

İfaçının “21” adlı albomu “Ginnesin rekordlar kitabı”na daxil olub. İngiltərdə bir il ərzində üç milyondan çox tirajla albomu satılan yeganə qadın sənətçi sayılır.

O, musiqi tarixində “İlin albomu” (“21”, “25” albomları), “İlin səs yazısı” və “İlin mahnısı” mükafatlarına üst-üstə layiq görülən ilk ifaçı olub.

“Skyfall” mahnısı “Qızıl qlobus” və “Oskar” mükafatlarını qazanıb.

Adel 2015-ci ildə türkiyəli müğənni Ahmet Kayanın pərəstişkarları tərəfindən mahnı oğurluğunda ittiham olunmuşdu. Türkiyə mətbuatı Britaniyalı müğənninin “Million Years Ago” adlı musiqi əsərinin Ahmet Kayanın 1985-ci ildə işıq üzü görmüş “Acılara tutunmak” mahnısı ilə oxşar olduğunu yazmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0mfd2r

Ən çox baxılan