Ağdamlı: “Evimdən götürdüyüm tək yaylıq oldu”

Ağdamlı: “Evimdən götürdüyüm tək yaylıq oldu”

28 ildir Mahilə xala bu bu köhnə fotoşəkil və yaylığı hər gün beləcə əziziləyir. Adi əşya deyil, axı – Ağdamın İsmayılbəyli kəndindən götürə bildiyi tək yadigarıdır. Xatirələriylə isindiyi evinin,kəndinin yadigarları…

Tək təsəllisi bu fotoşəkillər, yaylıq olan Mahilə xala ümid etməkdən yorulmayıb. Deyir, evdən çıxanda heç nə götürə bilmədik. Eləcə təzəcə tikib cavanlığını yaşaya bilmədiyi evi bağladıq ki oğrular girməsin. Vəssalam… Tezliklə Ağdamı görəcəyi günləri sayır.Təki ölməzdən əvvəl o torpağa bir də ayaq basıb oğlunun və atasının qəbrini görə biləydi

… 1993 ilin apreli…. Kəlbəcəri işğal edən erməni hərbiçiləri azərbaycanlı sivillilərə belə xəbərdarlıq edir. “Buranı tərk edin sizə cəmi 10 saat vaxt veririk.”

“Oğlumun qəbrini bir də atamın qəbrini gedib görə biləydim.Ayrı heç nə istəmirəm” Bu, artıq 27 il sonradır -2020-ci il. Ermənilərin Kəlbəcəri tərk etdiyi günlər. AzadlıqRadiosunun erməni xidməti görüntüləyib. … Bütün kəndlərdə evlər boşaldılır, hətta evlərin damı da sökülür.Məktəblər də yandırılır,ağaclar da kəsilir. Mahilə xala çox həyəcanlıdır. Bir yerdə qərar tutmur. Elə nəsə axtarır. Həçənd, axtardığını tapıb –Ağdamına qovuşacaq

Ana səhifəVideoAğdamlı: “Evimdən götürdüyüm tək yaylıq oldu”