ADO Gəncədə teatr laboratoriyası yaratmaq istəyir

10 nəfər artıq müsabiqədən keçib

Source: Meydan Tv


10 nəfər artıq müsabiqədən keçib

ADO (Azərbaycan Dağınıq Oda) teatrı Gəncədə müstəqil teatr laboratoriyası yaratmaq məqsədilə iki günlük kastinq keçirib.

“Mən çalım, sən oyna” adlı layihə çərçivəsində qurulacaq laboratoriyaya üzv seçilmək üçün müraciət edənlərin arasından on nəfər seçilib.

Məqsəd Gəncədə modern gənclər teatrının formalaşması və ölkə mədəniyyətinə təkan verməkdir. Seçimdən keçənlərin teatrın rejissoru Elmin Bədəlovla birgə səhnə hazırlıqları keçiriləcək. Sonda isə birlikdə yeni performans hazırlanaraq nümayiş olunacaq.

ADO teatrı 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

FB_IMG_1613370928052.jpg
ADO
Ana səhifəXəbərlərADO Gəncədə teatr laboratoriyası yaratmaq istəyir