ADO Gəncədə müstəqil teatr laboratoriyası yaradacaq

Sonda isə birlikdə yeni performans hazırlanaraq nümayiş olunacaq.

Source: Specify Source


Layihə Amerikanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilir

ADO (Azərbaycan Dağınıq Oda) teatrı Gəncə şəhərində müstəqil teatr laboratoriyası yaratmaq qərarına gəlib.

Laboratoriya “Mən çalım, sən oyna” adlı layihə çərçivəsində qurulacaq.

Laboratoriyanın yaradılması üçün Gəncə və ətraf rayonlarda yaşayan insanlar ilə seçim turu (kasting) olacaq.

Seçimdən keçənlərin rejissor Elmin Bədəlov ilə səhnə hazırlıqları keçiriləcək.

Sonda isə birlikdə yeni performans hazırlanaraq nümayiş olunacaq.

Layihədə iştirak pulsuzdur və Amerikanın Azərbaycandakı Səfirliyi, eyni zamanda “Art Garden Ganja”nin dəstəyi ilə keçirilir.

Seçimlər iki gün, fevralın 12-13-də olacaq.

Ana səhifəMədəniyyətADO Gəncədə müstəqil teatr laboratoriyası yaradacaq