Adil İsmayılovun 1 illik vəkillikdən uzaqlaşdırıldığı bildirilir

“Rəsmi qərardan sonra danışaram”

Source: Facebook

Vəkil Adil İsmayılovun fəaliyyətinə 1 illik qadağa qoyulduğu bildirilir.

“Qafqazinfo”saytının məlumatına görə, Adil İsmayılovdan şikayəti onun həmkarı edib və müvafiq qərar Vəkillər Kollegiyası tərəfindən qəbul edilib.

Meydan TV-nin şərh almaq üçün müraciətinə Adil İsmayılov rəsmi qərar açıqlanmayınca danışmaq istəmədiyini bildirib. Bundan əlavə, o, şikayət verən həmkarının da adını deməyib.

Adil İsmayılov son zamanlar sosial şəbəkələrdə Vəkillər Kollegiyasını tənqib edib.

Ana səhifəSiyasətAdil İsmayılovun 1 illik vəkillikdən uzaqlaşdırıldığı bildirilir