Adil Əliyevin adı kriminal birləşmə ilə hallanır

Deputat bununla bağlı açıqlama verməyib

Source:
Deputat Adil Əliyev (Osmanen Germania) qruplaşması ilə
Deputat Adil Əliyev (Osmanen Germania) qruplaşması ilə


Deputat bununla bağlı açıqlama verməyib

Martın 31-də deputat Adil Əliyevin təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində keçirilən tədbir Azərbaycan gündəminin əsas mövzularından birinə çevrilib.

Deputat çıxış edən mühacirin fikirlərini yarıda kəsib

Adil Əliyevin sözlərinə görə, tədbir Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin dəstəyi ilə “Yaşasın Cumhuriyyətimiz, yaşasın Azərbaycan-Türkiyə ittifaqı, İlhamla irəli” şüarları altındakı keçirilib və 31 Mart qırğınının 100 illiyinə həsr olunub.

Haşiyə: Mart hadisələri 30 mart -3 aprel tarixlərini əhatə edib. Həmin vaxt Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qətllər törədilib.

Azərbaycan tarixçiləri həmin qətli “Daşnaksütyun” Partiyasının (Ermənistanın “Daşnaksütyun” inqilabçı federasiyası) birləşmələri ilə Bakı kommunasının bolşevik rəhbərliyinin törətdiklərini yazır.

Ümumilikdə isə hadisələr zamanı 50 minə yaxın insanın qətlə yetirildiyi, məscidlər, məktəblər, memarlıq abidələrinin məhv edildiyi

bildirilir

.

Tədbirə Almaniyada yaşayan bütün azərbaycanlıların dəvətli olduğu bildirilsə də, Azərbaycan hakimiyyətini tənqid edən şəxslər toplantının keçirildiyi “Senator” otelinə

buraxılmayıblar

. Nəticədə otelin qarşısında insident yaşanıb, tənqidçi mühacirlər aksiya keçirərək, “İlham Əliyev diktatordu”, “Ermənilərlə işbirliyinə son!” şüarlarını səsləndiriblər. Mühacirlərin iddiasına görə, Adil Əliyev Azərbaycandan Almaniyaya idmançıları aparıb. Həmin idmançılar təxribat törətmək istəsə də, alman polisi bunun qarşısını alıb. Digər iddialardan biri toplantının keçirilməsi üçün 80 min avronun xərclənməsi ilə bağlıdir.

Baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Məlum olub ki, toplantıya müxalifətçi mühacirlər buraxılmasa da, tədbir iştirakçıları arasında hakimiyyətə qarşı çıxan olub. Belə ki, toplantıda danışmaq üçün söz alan Rauf Babayev adlı gənc Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər səsləndirib. O, məhz Azərbaycan hakimiyyətinin təzyiqi nəticəsində ölkədən getdiyini, mühacir həyatı yaşadığını deyib. Bu vaxt Adil Əliyev onun danışmasına mane

olub

.

Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər?

Baş verənlərə aydınlıq gətirməyə çalışan deputat öz “Facebook” səhifəsində öncə “Söyüş qrupu Kölndə də gücümüzü gördü” başlığıyla fikirlərini paylaşıb. Həmin tədbirdən çəkilmiş fotogörüntülər də yazıda yer alıb (screen). Lakin sonradan yazı silinib və məzmunu bir qədər dəyişdirilərək “Mən mübariz insanam” başlığı ilə

yayımlanıb

. Həmin paylaşımında deputat tədbirin möhtəşəmliyindən, azərbaycanlıların müxtəlif şəhərlərdən zəhmət çəkib gəlməsindən danışıb. Eyni zamanda səsləndirilən iradlara da cavab verib. Deyib ki, otelin qarşısına toplaşmış mühacirləri içəri dəvət etsə də, başqa mənzərə ilə qarşılaşıb:

Adil Əliyevin sildiyi statusu – Screenshot
Adil Əliyevin sildiyi statusu – Screenshot

“Mən zalda çıxış edərkən xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırır, nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, prezidenti təhqir edən şəkillərlə içəri daxil olacaqlar. Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər? Özləri də bilməmiş deyildilər ki, toplantıya gələnlərin inandığı siyasətə və prezidentə qarşı təhqirlərə kəskin reaksiya verəcəkdilər. Həm də onlar toplatıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Toplantı başlayıb saat 3-də, bunlar gəliblər yarım saat sonra. Özü də bir neçə gün əvvəldən Köln polisinə müraciət ediblər ki, bəs toplantı salonu qarşısında etiraz edəcəklər. Yəni söyüş qrupu əvvəlcədən toplantıya qatılmağı yox, toplantıya etiraz etməyi qarşısına məqsəd qoyub. Bir sözlə, məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub”.

Qırğın, yoxsa “gözəl gün”?

Toplantının gündəmdə qalmasına səbəb olan məsələlərdən biri də Adil Əliyevin 31 Mart qırğınını “gözəl gün” adlandırmasıdır. Onun bu çıxışının görüntüləri də sosial şəbəkələrdə

yayılıb

.

Öncədən tədbirin 31 Mart qırğını ilə bağlı olduğu bildirilsə də, Adi Əliyev deyir ki, onun fikirləri yanlış anlaşılıb, o, “gözəl gün” dedikdə Cümhuriyyətin 100 illiyini nəzərdə tutub:

“Mənim çıxışımdakı fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar. Mən Cümhuriyyətin 100 illiyini nəzərə alaraq “xoş günümüz” ifadəsini işlətmişəm. Məgər Cümhuriyyətimizin 100 illiyi xoş günümüz deyilmi? Xoş günümüz dedikdən sonra mart soyqırımına toxunmuşam”.

Deputat səsləndirilən başqa iddiaya da cavab verib:

“Guya tədbirə özümlə Bakıdan idmançıları aparmışam. Mənimlə Bakıdan Kölnə Kikboksinq Federasiyasının cəmi iki üzvü gedib. Zaldakı gənclər Almaniyada yaşayan gənclərdir, içərilərində yerli idman klublarının üzvləri də var. Burda nə var ki? İdmançıyam və vətənimdə Kikboksinq Federasiyasının (AKF) rəhbəriyəm. Dünyanın müxtəlif ölkələrində idmançı dostlarım var və hər zaman mənim tədbirlərimə qatılırlar. Bu söyüş qrupunun dövlətə xəyanəti burda da özünü göstərir. Toplantıya qatılan Almaniya vətəndaşı olan gənclərin bir hissəsi soydaşlarımız, bir hissəsi isə Anadolu Türkləri idi. Deməli, bu söyüş qrupu Azərbaycan-Türkiyə birliyinə də nifrət edir. İndi Siz deyin, bunlar kimin dəyirmanına su tökürlər?”

Adil Əliyev onu da deyib ki, mühacirlərin səsləndirdiyi kimi tədbirə 80 min yox, 1400 avro xərclənib:

“Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbaycan və Türkiyə Kültür dərnəklərinə aiddir, bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur, olsaydı toplantımızda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər. Maliyyəyə gəldikdə, Bakıdan 3 nəfərlə təyyarənin “ekonom klass” hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri öz üzərlərinə götürüblər. Toplantının keçirildiyi otelin zalına gəldikdə isə 3 saat üçün 1400 avro pul ödənib. Görəsən, bu yalançılar 80 min avro rəqəmini hardan götürüblər?”

Deputat Adil Əliyev (Osmanen Germania) qruplaşması ilə
Deputat Adil Əliyev (Osmanen Germania) qruplaşması ilə

İdmançılar, yoxsa kriminal dəstə?

Avropada yaşayan mühacirlərin bir qismi iddia edir ki, Azərbaycan hökuməti Adil Əliyevin vasitəsilə kriminal dəstələrlə işbirliyindədir. “Facebook” sosial şəbəkəsindəki “Azad söz” səhifəsində bu barədə

yazılıb

. İddiaya səbəb kimi deputatın “Osmanen Germania” (Almaniyalı osmanlılar) qrupunun üzvləri ilə şəkil çəkdirməsi olub. Həmin foto öncə Adil Əliyevin öz səhifəsində, sonradan sildiyi fikirləri ilə birgə paylaşılıb.

“Osmanen Germania” qrupu haqqında hazırda Almaniyada məhkəmə çəkişmələri gedir və mətbuat bu barədə xeyli məqalə

dərc edib

.

Martın 26-da dərc olunan məqalədə deyilir ki, hazırda Almaniyanın Ştuttqart şəhərində “Osmanen Germania” qrupunun 8 üzvünün məhkəməsi başlayıb.

Yaşları 19-46 arasında olan 8 təqsirləndirilən arasında qrupun “dünya rəhbəri” və “dünya rəhbərinin müavini” kimi tanıdılan üzvləri də var.

“Almanyalı Osmanlılar” dəstəsinin bu üzvləri qəsdən adamöldürməyə təşəbbüs, ağır yaralama, qadın ticarəti, şantaj, silah və narkotika ticarəti ilə ittiham edilirlər.

Onların 2016-2017-ci illərdə törədilmiş bir çox cinayətdə əli olduğu güman edilir.

İttihamlar arasında qrupdan ayrılmaq istəyən bir üzvə qəsd də var. Məhkəmə prosesinin 2019-cu ilə qədər çəkə biləcəyi ehtimal edilir.

Alman mətbuatının “kriminal qruplaşma”, “ekstremist qrup” kimi təqdim etdiyi “Osmanen Germania” üzvlərinə qarşı keçirilən əməliyyat zamanı 53 min avro dəyərində silah, döyüş sursatı və narkotik ələ keçirildiyi

bildirilir

.

Mütəşəkkil türk qrupu hesab edilən dəstənin qərargahı Hessen əyalətinin Dietzenbach şəhərindəki bir boks klubdur (Osmanen Almaniya Boxclub).

Deputat Adil Əliyev (Osmanen Germania) qruplaşması ilə
Deputat Adil Əliyev (Osmanen Germania) qruplaşması ilə

İstintaqçıların məlumatına görə, “Almaniyalı Osmanlılar” qrupunun öz “qanun”ları və üzvlük üçün mərasimləri var. Qrupun əsas gəlir mənbəyi dərman və qadın ticarətidir. Üzvləri əsasən idmançılardır.

“Azad söz” səhifəsinin yazdığına görə, 31 mart günü Almaniyanın Köln şəhərində “İlhamla irəli” tədbiri keçirən deputat Adil Əliyev və onunla Azərbaycandan gəlmiş bir neçə idmançıya başçılıq edən Güloğlan Cabbarov Almaniyanın kriminal polisi tərəfindən istintaqa cəlb

edilib

:

“İstintaq həmin tədbirdə iştirak edən Rauf Babayev və Rövşən Qəmbər adlı həmyerlimizin bu iki şəxs tərəfindən döyülməsi səbəbilə onların polisə müraciət etməsindən sonra başladılıb. İstintaq zamanı əlavə faktlar ortaya çıxıb. Adil Əliyevin “İlhamla irəli” tədbirinə cəlb etdiyi türk əsilli vətəndaşlar Almaniyada kriminal qrup kimi tanınan “Osmanen Germania” dəstəsinin üzvləridir və onlar türkiyəli avtoritet Sedat Pekerə bağlı dəstədir. Adil Əliyev tədbirdə bu insanlarla əlində Sədat Pekerə aid “Bir Umuttur Yaşamak” və SP (yəni Sədat Peker) sözləri yazılmış şərfi tutaraq şəkil çəkdirib və 31 mart tarixində özünün “Facebook” səhifəsində paylaşıb. Lakin istintaq ərəfəsində bu məsələ aydınlaşdıqdan sonra bu şəkli və statusunu silmək məcburiyyətində qalıb. Adil Əliyev və Güloğlan Cabbarov bir neçə saat gözaltında qaldıqdan sonra xəbərdarlıq edilib və sərbəst buraxılıblar”.

Lakin iddialar Adil Əliyev tərəfindən təsdiqlənməyib və o, öz paylaşımlarında bu barədə yazmayıb. Sonuncu paylaşımında isə yalnız onu qeyd edib ki, AKF-nin vitse-prezidenti Güloğlan Cabbarov Orduxançılar (Azərbaycan hakimiyyətini tənqid edən mühacir bloger Orduxan Teymurxan nəzərdə tutulur-red.) tərəfindən hədələnib. Güloğlan Cabbarov isə sosial şəbəkə vasitəsilə canlı yayım edərək Köln səfərinin məqsədi və iştirakları barədə danışsa da, sonradan həmin videonu silib.

Almaniyada yaşayan azərbaycanlı ziyalı Rövşən Qəmbər isə deputat Adil Əliyevdən Almaniya polisinə şikayət

edib

. Onun sözlərinə görə, şikayətində martın 31-də Almaniyanın Köln şəhərində deputat Adil Əliyevin təşəbbüsü ilə keçirilən konfransda zorakılığa məruz qalması faktının araşdırılmasını və müvafiq tədbirlər görülməsini, ona dəyən mənəvi zərərə görə təzminat ödənilməsini istəyib.

Meydan TV Adil Əliyevlə əlaqə yaratmağa cəhd göstərsə də, onun mobil telefonuna zəng çatmayıb.

Ana səhifəXəbərlərAdil Əliyevin adı kriminal birləşmə ilə hallanır