Bayden ukraynalıların həmin silahlara ehtiyacı olduğunu deyib
ABŞ yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya mübahisəli kasetli sursatların göndəriləcəyini bəyan edib.
ABŞ Prezidenti Co Bayden iyunun 7-də deyib ki, Kiyevin kasetli sursatlarla təmin olunması qərarını vermək onun üçün çox çətin olub.
Prezident əlavə edib ki, ukraynalıların həmin 800 milyonluq silahlara ehtiyacı var.
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə iyunun 7-də keçirdiyi brifinqdə bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya istifadəsinə BMT-nin etiraz etdiyi kaset sursatlarını ötürmək qərarına gəlib.
O həmçinin qeyd edib ki, Kiyev Vaşinqtona mülki şəxslər üçün minimal təhdidlərlə Amerika kaset sursatlarının istifadəsi ilə bağlı yazılı zəmanət verib.
Pentaqonun mətbuat katibi Patrik Rayder isə deyib ki, Birləşmiş Ştatlar Ukraynaya dinc əhali üçün minimal təhlükə yarada biləcək kasetli sursatlar veriləcək.
İyulun 6-da məlum olub ki, ABŞ artıq Ukrayna Silahlı Qüvvələrini kaset sursatları ilə təchiz etmək qərarına gəlib.
Qeyd olunur ki, bu qərar Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə çatışmazlığını kompensasiya etmək istəyilə əlaqədardır.
Ukrayna müdafiə naziri Aleksey Reznikov bildirib ki, rəsmi Kiyev ABŞ-ın kasetli sursatların təhvil verilməsi qərarını alqışlayır.
BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna malikdir və imzaladığı və ratifikasiya etdiyi bütün beynəlxalq humanitar konvensiyalara əməl edəcəyinə söz verir.
Reznikovun sözlərinə görə, Ukrayna kaset sursatlarından yalnız nəzarəti bərpa etmək üçün istifadə edəcək:
“Kaset sursatlar Rusiyanın rəsmi olaraq tanınan ərazisində tətbiq edilməyəcək. Kiyev kaset sursatlarından yalnız Rusiya hərbi texnikasının cəmləşdiyi yerlərdə istifadə etmək niyyətindədir.
Ukrayna hakimiyyəti kaset sursatlarının istifadə olunduğu ərazilərin ciddi hesabatını aparacaq”.
Müdafiə naziri həmçinin qeyd edib ki, belə mərmilərin istifadə olunduğu ərazilər daha sonra minatəmizləmə üçün prioritet olacaq:
“Ukrayna Müdafiə Nazirliyi bunun üçün müvafiq hüquqi baza hazırlayacağını vəd edir. Bu silahlardan istifadə faktları ilə bağlı ciddi qeydiyyat aparılacaq. Ukrayna partnyorlarını kaset sursatlarının istifadəsi, o cümlədən onların effektivliyi barədə məlumatlandıracaq”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevin kaset sursatlarından istifadənin hesabatını aparacağına şübhə etdiyini deyib:
“Bunu kimə deyir? Mühasibat uçotu və hesabat hazırkı Kiyev rejimi altında Ukraynaya aid deyil”, – Zaxarova deyib.
Kasetli sursatların bomba kassalarında yüzlərlə fərdi sursat ola bilər.
Kaset havada partladıldıqda, onlar onlarla kvadrat metr əraziyə səpələnirlər.
Bombaların bəziləri dərhal partlamır, yerdə qalır. Münaqişə bitdikdən xeyli sonra mülki əhali üçün təhlükə yaradır.
2008-ci ildə Kasetli Silahların Qadağan edilməsi haqqında Konvensiya qəbul edilib.
İndiyədək 111 ölkə ona qoşulub, daha 12 ölkə onu imzalayıb, lakin hələ də ratifikasiya etməyib.
BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın Kiyevə kaset sursatlarının tədarükünə qarşı çıxıb.
“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının məlumatına görə, partlamamış elementlərin nisbəti, bir qayda olaraq, elan ediləndən xeyli çoxdur və bu, mülki əhali arasında itkilərə səbəb olur.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əmliyyatlara başlayıb.