ABŞ səfirlindən Müdafiə Nazirliyini təkzib

ABŞ-ın Azərbaycandakı səfirliyi: “Səfir Morninqstara aid edilən fikirlər dəqiq deyil”

Source:


“Səfir Morninqstara aid edilən fikirlər dəqiq deyil”

Meydan TV Azadlıq qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Müdafiə Nazirliyinin oktyabrın 14-də yaydığı məlumatı təkzib edib. Söhbət müdafiə naziri Səfər Əbiyevin səfir Riçard Morninqstarla görüşü barədə məlumatda səfirin Azərbaycandakı prezident seçkilərindən danışarkən İlham Əliyevin qələbəsini təsdiqlədiyinə dair məqamdan gedir. Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi:


“Görüşdə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı da söhbət olub. Səfər Əbiyev seçkinin ədalətli, demokratik və azad şəraitdə yekunlaşdığını əsas gətirərək prosesi müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkə nümayəndələrinin bütövlükdə müsbət rəy verdiyini qeyd edib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, eləcə də ABŞ Dövlət Departamentinin prezident seçkiləri ilə bağlı qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatlarla çıxış etmələrindən narahatlığını da dilə gətirib…

Səfir deyib ki, seçkilər artıq arxada qalıb və İlham Əliyev qalibdir: «Edilən tənqidlər prezident seçkilərinin nəticələrinə təsir göstərmir. İlham Əliyev qalibdir».


ABŞ səfirliyi Morninqstarın nazirlikdəki görüşü barədə məlumatlara aydınlıq gətirib. Səfirliyin mətbuat xidmətindən “Azadlıq” qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, bu görüş özəl, diplomatik görüş olub: “Görüş konstruktiv xarakter daşıyıb. Lakin səfir Morninqstara aid edilən fikirlər dəqiq deyil”.

Ana səhifəXəbərlərABŞ səfirlindən Müdafiə Nazirliyini təkzib