ABŞ respublikaçıları: Koronavirus Çin laboratoriyasından sızıb

Prezident Co Bayden mayda ölkənin kəşfiyyat agentliklərinə virusun mənşəyi üzrə təhqiqatı sürətləndirmələrini, 90 gün ərzində bu barədə açıqlama vermələrini tapşırmışdı.

Source: Specify Source


Rəsmi Pekin iddiaları qəbul etmir

COVID 19 virusunun Çində bir tədqiqat obyektindən sızdığı bildirilir.

ABŞ respublikaçılarının yaydığı

hesabat

da belə deyilir.

Hesabat müəllifləri bununla bağlı əllərində yetərli dəlillərin olduğunu bildirirlər, ancaq Çin hökuməti daim açıqlamalarında genetikası dəyişdirilmiş koronavirusun Vuhandakı hansısa bir obyektdən sızdırılması versiyasını qəbul etmir.

Hesabatda bildirilir ki, Vuhan Virusologiya İnstitutunun alimləri ABŞ və Çin ekspertlərinin köməyilə koronavirusu insanlara yoluxdurmaq üçün modifikasiya etməyə çalışıblar. Bunu və ABŞ hökumətinin vəsaitilə ediblər. Və bu hadisəni ört-basdır etmək istəyiblər.

Hesabatı Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı respublikaçı üzvü Mayk Makkol açıqlayıb.

O bildirib ki, COVID-19 pandemiyasının mənşəyi üzrə hər iki partiyanın iştirakıyla araşdırma aparılmalıdır: “İndiyədək pandemiya dünyada 4.4 milyon nəfərin ölümünə səbəb olub”.

Bir qrup ekspert isə düşünür ki, koronavirus Vuhanda dəniz məhsulları satılan bazardan yayılıb. Heyvan virusu insanlara keçib və bununla da xəstəlik artıb.

“Pandemiyanın diri heyvan bazarından yayılması ilə bağlı söyləntilər başa çatmalıdır. Dəlillər virusun Vuhan Virusologiya İnstitutundan, həm də 2019-cu il sentyabrın 12-dək sızdığını göstərir”, – hesabatda deyilir.

Hesabatda laboratoriyada təhlükəsizlik qaydalarına dair yeni, indiyədək tam işıqlandırılmamış informasiyaya istinad edilir.

Bildirilir ki, 2019-cu ilin iyulunda obyektdə təhlükəli vəziyyətdə olan tullantıların emalı sisteminin təmiri üçün 1.5 milyon dollar istənilib. Onda obyekt heç iki il deyilmiş işləyirmiş.

Apreldə isə ABŞ-ın baş kəşfiyyat agentliyi virusun insan tərəfindən hazırlanmadığı, genetikasının dəyişdirilmədiyi haqda elmi qənaətlə razılaşdığını açıqlayıb.

Prezident Co Bayden mayda ölkənin kəşfiyyat agentliklərinə virusun mənşəyi üzrə təhqiqatı sürətləndirmələrini, 90 gün ərzində bu barədə açıqlama vermələrini tapşırmışdı.

Kəşfiyyat dəyərləndirmələri ilə tanış mənbə Reuters-ə bildirib ki, ölkənin kəşfiyyat cameəsi virusun heyvanlardan keçməsi, yaxud laboratoriyadan sızmasına dair hələlik bir qənaətə gəlməyib.

2019-cu ilin sonlarında Çində yaranıb dünyaya yayılan koronavirus 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəDünyaABŞ respublikaçıları: Koronavirus Çin laboratoriyasından sızıb