ABŞ, Minneapolis

Mənbə: Foto: BBC Azeri

Başlıq: ABŞ, Minneapolis

ABŞ-da qaradərililər polis şiddətinə məruz qaldıqlarını deyirlər

Corc Floyd “Nəfəs ala bilmirəm”, deyə qışqırıb

ABŞ 100 mindən çox insanın öldüyü koronavirus epidemiyası başlayandan bəri gizli böhranla üz-üzədir, - BBC xəbər verir.

Amerikadakı qara dərililərin yaşadığı çətinliklər, onların məruz qaldıqları təzyiqlər, polisin və məhkəmə sisteminin qara dərililərə tətbiq etdiyi fərqli rəftar yenə eyni iki kəlimə ilə sonlanıb: “Nəfəs ala bilmirəm!”

2014-cü ildə Erik Qarneri (Eric Garner) qanunsuz siqaret satma səbəbi ilə tutmaq istəyən polis onun əlini qandallamaq üçün başını sıxaraq onu boğmuşdu.

Daha sonra altı il əvvəl 18 yaşlı Maykl Braun (Michael Brown) silahsız olmasına baxmayaraq ağ polis məmuru tərəfindən öldürüldü.

Erik Qarnerin son iki kəlməsi bütün etirazların və hüquq axtarışlarının şüarı olmuşdu.

Eyni iki söz bu dəfə Minneapolisdə şahidlərin Corc Floydun irqçi polis tərəfindən boğılması zamanı çəkilən videogörüntülər zamanı eşidilib. Polisə heç bir müqavimət göstərməyən digər video yazılarında Floydun ağladığı, nəfəsinin daraldığını ifadə etdiyi və bir müddət sonra isə polis məmuru Derek Chauvinin dizi ilə onu boğaraq öldürdüyü görülür.

Floyd 45 yaşında idi və ailəsini dolandırmaq üçün yük maşını sürücüsü olaraq çalışırdı. Onu ailəsinə və ətrafına xoş duyğular verən birisi olaraq xarakterizə ediblər.

Pandemiyanın başlanğıcından etibarən qaradərililər və Latın kökənli insanlar polisin qeyri-mütənasib şiddətinə məruz qaldıqlarını duyurmağa çalışsalar da, polis təşkilatlarının bu şikayətləri gözardı etdiyi bildirilir. Bu yaxınlarda bir internet seminarına qatılan polis məmuru pandemiya səbəbindən hamı evdə olduğu üçün ABŞ-da cinayət səviyyəsinin aşağı düşdüyünü qeyd etmişdi.

Lakin ədliyyələrdə əks olunan məruzələr vəziyyətin nəzarətdən çıxdığını göstərirdi. New-York Polis İdarəsinin məruzələrində 16 mart - 5 may 2020-ci il tarixi arasında cinayət törədənlərin 81 faizi qaradərili və Latın kökənli olduğu qeyd edilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ck8c7t

Ən çox baxılan