Abbas Lisani xəstəxanaya aparılıb

“Xəstəlik onun keçirdiyi aclıq aksiyasından yaranıb”

Source: Meydan Tv



Xəstəlik onun keçirdiyi aclıq aksiyasından yaranıb”

Ərdəbilin Mərkəzi Zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani həbsxanadan Ərdəbilin Fatemi xəstəxanasına aparılıb.

Məlumatı Günaz.tv yayıb.

Bildirilib ki, Abbas Lisani qarın nahiyyəsində hiss etdiyi ağrılardan zindanın poliklinikasına aparıldıqdan sonra avqustun 7-də analiz vermək və daha ciddi müalicə almaq üçün Fatemi xəstəxanasına aparılıb.

Azərbaycanlı fəal ailəsi və yaxınları ilə telefon əlaqəsi saxlayaraq xəstəxanaya aparıldığı barədə məlumat verib. Virus xəstəliyindən əziyyət çəkdiyini deyən fəalın sözlərinə görə, həkim onun həbsdəki şəraiti ilə maraqlandıqdan sonra xəstəliyinin keçirdiyi aclıq aksiyasından irəli gəldiyini bildirib.

Həkim fəala analiz verdikdən sonra resept yazıb, o sonra Ərdəbil Zindanının 7-ci korpusuna qaytarılıb.


Abbas Lisani

iyulun 8-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib.

O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, dövlətin təhlükəsizliyini təhdid edən fəaliyyətləri icra etmək ittihamları ilə mühakimə olunub.

Ana səhifəXəbərlərAbbas Lisani xəstəxanaya aparılıb