40 illik qadağadan sonra iranlı qadınlar stadiona buraxıldı

Qadın azarkeşlər İran millisinin oyununu izləyib

Source: Meydan TV
40 ildən sonra iranlı qadınlar stadionlarda azarkeşlik ediblər

İranda 40 illik qadağadan sonra qadın azarkeşlər stadiondan canlı futbol izləyə bildilər.

İran millisi ilə Kambociya arasında baş tutan oyunda meydan sahibləri 14:0 hesablı qələbə qazanıblar.

Ötən ay stadiona girməkdə ittiham edilən gənc qadın özünü yandırıb.

29 yaşlı qadın mart ayında Tehranda futbol matçına qatılmaq istəyərkən həbs edilib. O, daha sonra həbsdən azad edilsə də, mobil telefonunu geri almaq üçün 1 sentyabr tarixində prokurorluğa gedərkən açılmış işin sonlanmadığını və hələ də həbsxanaya düşmə ehtimalının ola biləcəyini

öyrənib

.

Bundan sonra o, intihar edib. Gənc qadın sevimli futbol komandasının formasını geyindiyi üçün “Mavi qız” ləqəbi ilə tanınıb. Onun ölümü futbol camiəsində də geniş rezonans doğurub, FİFA rəsmiləri İrana səfər edib.

Ana səhifəDünya40 illik qadağadan sonra iranlı qadınlar stadiona buraxıldı