“4 yaşlı oğlumu yaşatmaq üçün mənə yardım edin”

“Hər keçən gün vəziyyəti pisləşir”

Source: Meydan TV


Sevinc Məmmədova üz tutmadığı dövlət qurumu qalmadığını deyir

4 yaşlı Ömər Məmmədli xərçəng xəstəliyindən əziyyət çəkir. Ailəsi isə deyir ki, uşağın dərman və müalicə xərclərini qarılaya bilmir. Meydan TV-yə üz tutan ana Sevinc Məmmədovanın sözlərinə görə, həyat yoldaşı 3-cü qrup əlildir, qazancı xərclərə yetmir.

“Ötən ilin martında uşağın gözü saraldı. Sumqayıtda səhv diaqnoz qoyuldu və 2 ay hepatit diaqnozu ilə müalicə getdi. Sonra məlum oldu ki, diaqnoz yanlışdı, ödündə 3 santimetrlik törəmə var. Mayda əməliyyat edildi, öd axarı, qaraciyərin yarısı kəsildi. O zaman Ömərin xərçəng olduğunu öyrəndik”,-ana danışır.

Əməliyyatdan 1 ay sonra şiş metastaz (xərçəng hüceyrələrinin mənşəyindən aldığı orqan və yerləşdiyi yerdən uzaq bölgələrə köçməsi və bura yerləşməsi) verib. Xəstəlik hər gün bir az daha ağırlaşır:

“16 kurs şüaterapeya, 16 kurs kimyaterapeya alıb. Artıq satmağa heç nəyimiz, borc almağa kimsəmiz qalmayıb. Yoldaşım qazanxanada çalışır, mənim 6 aylıq körpəm var, işləyə bilmirəm. Ömərin yaşaması üçün növbəti müalicə kursu keçməlidir, kimyaterapiya olunmalıdır. Bunun üçün də 12 min manat lazımdır. Hər keçən gün vəziyyəti pisləşir”.

Ana deyir ki, ölkədəki bütün dövlət qurumlarına, fondlara müraciət etsə də, səsinə səs verən olmayıb. Bildiriblər ki, Ömər kimi problemi olan uşaqlar çoxdur:

c8c70424-1a0d-4021-a98f-bab06b166d2a.jpg
Tibb kartasından çıxarış

“Bir ananın gözü qarısında körpə balasının necə ağrı-acı çəkdiyini izləməsini sözlərlə təsəvvür edə bilmirəm. Dörd yaşlı övladımı yaşatmaq üçün mənə yardım edin”.

7 mart 2012- ci ildə Bakıda Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Onkoloji Klinikası açılıb. Klinikadan Meydan TV-yə cavab verməyiblər.

Onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların sayı haqda son iki ilin rəsmi statistikası yoxdur. Ən son statistik göstəricilər 2019-cu ili əhatə edir ki, orada da ümumi məlumatlardır. Bildirilir ki, 0-13 yaşlı uşaqlar arasında qoyulmuş diaqnoza əsasən, yeni törəmə 249 nəfərdə aşkarlanıb.

Hər il fevralın 15-də Bakıda Beynəlxalq Uşaq Onkoloji Xəstəliklərlə Mübarizə Günü qeyd olunur. Sonuncu dəfə ötən il qeyd olunmuş tədbirdə Uşaq Onkoloji Klinikasının mütəxəssisi Reyman İsmayılzadə deyib ki, klinika yarandığı gündən, yəni 2012-2020-ci illər arasında 1200 uşaq müalicə

olunub

. Sağalma və ya ölüm halları barədə rəqəm açıqlamayan mütəxəssis müalicənin nəticəsini qənaətbəxş hesab edib.

e581dbed-dc48-4d0e-a196-a2fb4bc0cb4f.jpg
Müayinə raporu
Ana səhifəSosial“4 yaşlı oğlumu yaşatmaq üçün mənə yardım edin”