27 əfqan fəalı Taliban tərəfindən qaçırılıb

Taliban hadisəyə münasibət bildirməyib.

Source: Foto: arxiv


Fərah əyalət məclisinin üzvü Dadullah Qani hadisəni təsdiqləyib

Ölkəboyu başladılmış sülh yürüşü zamanı iyirmi yeddi Əfqanınstan fəalı Taliban tərəfindən qaçırılıb, – RFE/RL xəbər verir.

Xalqların Sülh Hərəkatının (PPM) lideri İqbal Xaybar (Khaibar) dekabrın 25-də deyib ki, fəallar Fərah əyalətinin Bala Buluk bölgəsində qonşu Herat əyalətindən gələrkən qaçırılıb.

Fərah əyalət məclisinin üzvü Dadullah Qani hadisəni təsdiqləyib.

Fərah polisi qaçırılanların izinə düşdüklərini bildirib.

Taliban hadisəyə münasibət bildirməyib.

PPM-dən verilən açıqlamada bildirilir ki, fəallar barış mesajı yaymaq üçün ölkəni gəzməyi hədəfləyiblər və onların məqsədi Əfqanıstanda mövcud münaqişənin bütün tərəflərini atəşkəs mövzusunda razılığa gəlməyə təşviq etmək olub.

Qrup bildirib ki, bu, artıq dördüncü dəfədir ki, Taliban PPM sülh yürüşlərində iştirak edən fəalları qaçırır.

Ən son hadisə iyun ayında baş verib. Belə ki, Taliban silahlıları görüşmək və barışıq əli uzatmaq üçün Talibanın ən güclü sığınacağı olan Helmand əyalətindəki Musa Qalaya gedən 25 fəalı ələ keçirmişdi. Onlar bir neçə gün sonra sərbəst buraxılmışdı.

PPM keçən il Əfqanıstanda və Kabildəki sülh yürüşləri ilə beynəlxalq diqqəti cəlb edə bilmişdi.

Hərəkat həmişə tərəfsiz olduğunu iddia edib və məqsədlərinin müharibə şəraitində olan ölkədə sülhün bərqərar olduğunu bildirib.

Ana səhifəDünya27 əfqan fəalı Taliban tərəfindən qaçırılıb