2016-cı ildə intiharların media monitorinqi (İnfoqrafika)

2016-cı ildə Azərbaycanda baş varmiş intihar sayları

Source:

Azərbaycanda intiharların sayısı ildən-ilə artmaqda davam edir. İntiharların səbəbləri isə müxtəlifdir. Lakin intihar edən insanların sayı barəsində dəqiq statistik məlumatlar ictimaiyyətlə paylaşılmır. Həmçinin intiharların baş vermə səbəbləri də əksər vaxt gizli tutulur, həmin səbəblərin aradan qaldırılması istiqamətində işlər aparılmır.

Bir müddət öncə Daxili İşlər Nazirliyinin sözçüsünün verdiyi məlumatda qeyd edilirdi ki, 2016-cı ilin ilk 9 ayında 500 nəfər haqqında Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə iş başladılıb. Lakin media monitorinqinin nəticələri daha az intihar faktı üzə çıxarır.

Qeyd: Bu statistik məlumatlar 12 ay ərzində müxtəlif onlayn media resurslardan toplanılaraq gənc hüquqşünas Nicat Məmmədbəyli tərəfindən yığılmışdır.

Ana səhifəFotoreportaj2016-cı ildə intiharların media monitorinqi (İnfoqrafika)