Taleh Şükürov

Mənbə: Foto: Meydan TV

Başlıq: Taleh Şükürov

20 yaşlı Azərbaycan əsgəri həlak olub

Əsgərin ehtiyatsızlığın qurbanı olduğu deyilir

20 yaşlı əsgər Taleh Nizami oğlu Şükürovun həlak olduğu bildirilir. 20 noyabr 2000-ci il təvəllüdlü Taleh Şükürov Cəlilabad rayonunun Göytəpə şəhər sakinidir. Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib. Onun iyunun 1-də səhər saatlarında öldürüldüyü deyilir. Əsgərin hansı şəraitdə və necə öldürüldüyü haqda məlumat yoxdur.

Mərhumun cənzəsi Göytəpə şəhər Həsənabad küçəsindəki evinə gətirilir.

Göytəpə şəhər icra nümayəndəsi Sabir Hüseynov Meydan TV-yə faktı təsdiqləyib. Ancaq hadisənin necə baş verməsi barədə məlumat verməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən isə Meydan TV-yə deyilib ki, Taleh Şükürov əsgər yoldaşının ehtiyatsızlığı səbəbindən açılan güllə ilə həyatını itirib. Onun hansı hərbi hissədə xidmət etdiyi barədə məlumat verilmir

Rəsmi qurumlar əsgərin ölümü ilə bağlı hər hansı məlumat yaymayıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gxs9cu

Ən çox baxılan