Mənbə: Meydan TV

19 yaşlı əsgərin intihar etdiyi bildirilir

Məqalə yeniləndi:  24 May 2020

Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Xanlıqlar kəndindəki N saylı hərbi hissəsində xidmət edən əsgər Əmrah Vaqif oğlu Əliyev vəfat edib.

19 yaşlı əsgərin intihar etdiyi bildirilir.

Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib. Onların sözlərinə görə, əslən Xocavənd rayonundan olan Əmrah Əliyev Beyləqan rayonunun Əhmədli kəndində yaşayıb. Sərhədçi dünən Beyləqanın Şəfəq kəndində torpağa tapşırılıb.

Əhmədli kəndinin icra nümayəndəsi Rafiq Eyvazov əsgərin ölümünü təsdiqləsə də, intihar məsələsinə inanmadığını deyib:

“Beş ayın əsgəridir. Niyə intihar eləsin? Bizə də qohumluğu çatır. Mənə görə o, şəhid olub”.

Dövlət Sərhəd Xidməti faktla bağlı hər hansı açıqlama yaymayıb.

Bu gün daha bir ata boynunu büküb, “Vətən sağolsun” deyərək oğlunu torpağa tapşırdı. Xocavənd rayonundan olan Əliyev Əmrah Namiq oğlu elə indicə Beyləqan rayonunda dəfn edildi. Allah rəhmət eləsin!

Publicerat av Elşən Qəhrəmanoğlu Lördag 23 maj 2020

Əliyev Əmrah Namiq oğlu Beyləqan rayonunda dəfn edilir

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hg7qu4

Ən çox baxılan